Ölkə futbolu

“Qarabağ” Polşa klubu ilə qarşılaşacaq

“Qarabağ”ın Antalyada keçirəcəyi təlim-məşq toplanışındakı rəqiblərindən biri məlum olub

Ağdam təmsilçisi yoxlama oyununda Polşanın “Pyast” klubu ilə qarşı-qarşıya gələcək. Qarşılaşma gələn il yanvarın 23-ü keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” və “Pyast” 2013-2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəliblər. Ağdam klubu iki oyunun (2:1, 2:2) nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43