20 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ” Portuqaliyaya “casus” göndərdi, “Braqa” tək qolla qazandı

Portuqaliya çempionatında 20-ci tur oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa”da növbəti oyununa çıxıb. Komanda öz meydanında  “Moreyrense” ilə qarşılaşıb və qələbə qazanıb – 1:0.

Oyunu  “Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyev tribunadan izləyib.

Qeyd edək ki, hazırda “Braqa” Portuqaliya çempionatının turnir cədvəlində 40 xalla 4-cüdür. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43