13 Noyabr 2019
Premyer Liqa

“Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni əldən verdi

Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatır.

İdmanxeber.az-ın məlumatına görə, bu gün ikinci dövrə 8-ci turun oyunları ilə start götürür. İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda lider  “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. Günün digər matçında  “Keşlə” “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Zirə”, “Səbail” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
VIII tur
19 oktyabr
“Qəbələ” – “Qarabağ” 1:1
Qol: Q.Alıyev, 3 – İ.İbrahimli, 9.
Qəbələ şəhər stadionu. Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 6. Simeon Slavçev, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
“Keşlə” – “Sabah” 1:1
Qol: V.İsgəndərli, 16 – H.Ekşteyn, 90+2.
Qırmızı vərəqə: F.İvanoviç, 90+3 (ikinci sarı).
“ASCO Arena”. Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.

Oxşar xəbərlər

“Neftçi”nin qələbə həsrəti davam edir

admin

Premyer Liqamızda VII tur: Oyunların başlama saatı açıqlandı

admin

“İnter” – “Rəvan” matçına canlı baxmaq istəyənlərin nəzərinə!

admin