Ölkə futbolu

“Qarabağ” “Qəbələ”nin futbolçusunu istəyir

Ağdam təmsilçisi heyətini “Qəbələ”nin gənc oyunçusuyla gücləndirmək niyyətindədir

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ” “qırmızı-qaralar”ın gənc ulduzu Amin Seydiyevi rənglərinə bağlamaq istəyir. Əyalət təmsilçisinin gənc oyunçunu yerli komandalardan heç birinə satmaq niyyəti olmasa da, “Köhlən atlar” futbolçu üçün “Qəbələ” rəhbərliyinə israr edərək, lazım olan transfer məbləğini ödəməyə hazır olduğunu bildirib.

Cari mövsümdəki çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacaran U-21 millimizin üzvünün “Qarabağ”la yanaşı Polşa və Türkiyə klublarından da təklif aldığı qeyd edilir.

Qeyd edək ki, Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43