Ölkə futbolu

“Qəbələ” “Qarabağ”ı məğlub etdi, Sumqayıtda “sülh” – Yenilənib

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası doğma meydanda “Qarabağ”ı məğlub edib – 1:0.

Günün digər oyununda isə “Zirə” “Sumqayıt”ın qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə sona çatıb – 0:0.

Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək.

23 aprel (çərşənbə axşamı)

16:00.“Qəbələ” – “Qarabağ” 1:0

Qol: C.Adeniyi, 71
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

18:30.“Sumqayıt” – “Zirə” 0:0

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43