Ölkə futbolu

“Qarabağ” qalib gəldi, “Sabah” heç-heçə etdi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, turun ilk oyununda “Qarabağ” “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri görüşdən 2:1 hesablı qələbə qazanaraq xallarının sayını 50-yə çatdırıb. Turnir cədvəlində 5-ci pillədəki “Səbail”in hesabında 27 xal var.

Günün ikinci qarşılaşmasında baş məşqçisiz qalan “Sabah” “Turan Tovuz”la evdə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bakılılar 27 xalla 7-ci sıradadırsa, “Turan Tovuz” rəqibindən cəmi 1 xal az toplayıb.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi”, “Qəbələ” – “Zirə” oyunları fevralın 4-də, “Kəpəz”– “Araz-Naxçıvan” qarşılaşması isə bir gün sonra keçiriləcək.

Premyer Liqa
XXI tur
3 fevral (şənbə)

15:00. “Səbail” – “Qarabağ” 1:2

Qollar: Toral Bayramov, 14-pen. (0:1), Yassin Benzia, 59-pen. (0:2), Pedro Nuno, 68-pen. (1:2)
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”

17:30. “Sabah” – “Turan Tovuz” 1:1

Qol: Kahem Parris, 22 – Aleks Souza, 10
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43