Premyer Liqa

“Qarabağ” qalib gəldi, “Neftçi” Qəbələdən məğlub dönür (YENİLƏNİB)

Bu gün Premyer Liqada XVI tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, bu turun matçları 2 gün ərzində keçiriləcək.

İlk oyun günündə iki görüş baş tutacaq. İlk olaraq Şüvəlanda lider “Qarabağ” autsayder AZAL-la qarşılaşacaq. Bu matçın favoriti Ağdam təmsilçisidi.

Günün digər oyunu isə Qəbələdə keçiriləcək. Burada çempionluq üçün yarışan “Qəbələ” aşağı pillələrdən qurtulmağa çalışan “Neftçi” ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Bu oyunda meydan sahibi komanda favorit hesab olunsa da, heyətini gücləndirmiş “Neftçi”nin də “sarı-qırmızılılar”la səfər görüşündə xal qazanacağına inananlar az deyil.

Prenyer Liqa

XVI tur

3 fevral (cümə)

15:00. AZAL – “Qarabağ” 1:2
QOL:
Rəşad Abdullayev, 7 (1:0); Maksim Medvedev, 69, (1:1); Coşqun Diniyev, 63 (1:2)

“AZAL Arena”

17:00. “Qəbələ” – “Neftçi”  1:0

Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43