Premyer Liqa

“Qarabağ” qalib gəldi, “Qəbələ” qələbəni son saniyələrdə əldən verdi (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqada 18-ci tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.

Uzun müddətdir ki, doğma meydandan yararlana bilməyən "Kəpəz" lider "Qarabağ"ı bu gün Gəncədə qonaq edəcək.

Çempionluqa iddialı digər komanda "Qəbələ" isə "Zirə"nin qonağı olacaq.

Turun digər iki oyunu  sabah keçiriləcək.

12 fevral (bazar)

14:30.“Kəpəz” – “Qarabağ”  0:1
QOL: Mahir Mədətov, 65 (0:1)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov

Gəncə şəhər stadionu

16:30.“Zirə” – “Qəbələ”  2:2
QOL: Daniel Subotiç, 37 (0:1); Viktor İqbekoyi, 54 (1:1); Filip Ozobiç, 88 (1:2); Riçard Qadze, 90+4 (2:2);
Qırmızı vərəqə: Rasim Ramaldanov, 75 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov

Zirə İdman Kompleksinin stadionu

13 fevral (bazar ertəsi)

15:00.AZAL – “İnter”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov

“AZAL Arena”

17:30.“Neftçi” – “Sumqayıt”

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov

8-ci kilometr qəsəbə stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43