Kateqoriyasız

“Qarabağ” Qazaxıstan klubuna qalib gəldi

Təlim-məşq toplanışı Antalyada davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb. Görüş “Qarabağ”ın qələbəsi ilə başa çatıb – 1:0.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk oyunda “Akedemika Klinçeni” (Rumıniyan)  ilə heç-heçə edib – 2:2.

22 yanvar

18:00 “Qarabağ” – “Jetısu” – 1:0
Qol:
 Mahir Emreli, 5.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43