İdman

“Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Keşlə”nin Avropa macərası nə zaman başlayır?

“Keşlə”nin Azərbaycan kubokuna yiyələnməsindən sonra ölkəmizi Avropa Liqasında təmsil edəcək bütün klubların adlarına aydınlıq gəldi.

idmanxeber.com-un məlumatına görə, “Qəbələ” və “Neftçi”nin ardınca “Keşlə” ölkəmiz adına qitənin ikinci dərəcəli klub turnirində mübarizə aparacaq.

“Qarabağ” isə Çempionlar Liqasında çıxış edəcək. Bütün klublarımız yarışa I təsnifat mərhələsindən qoşulacaq.

Çempionlar Liqası

Azərbaycan çempionu “Qarabağ”ın rəqibi iyunun 19-da, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında atılacaq püşkatmadan (birinci və ikinci mərhələ üçün) sonra bilinəcək. Çempionlar Liqasının formatında dəyişiklikdən sonra Azərbaycan çempionu “Qarabağ” əvvəlki illərdə olduğu kimi mübarizəyə ikinci deyil, birinci mərhələdən başlayacaq. Bu o deməkdir ki, Qurban Qurbanovun komandası qrupa düşmək üç deyil, dörd mərhələ adlamalıdır.

Çempionlar Liqasında birinci mərhələnin ilk oyunları 10/11 iyul, cavab matçları 17/18 iyulda keçiriləcək. Qrup matçları isə 18/19 sentyabrda start götürür.

Avropa Liqası

Avropa Liqasındakı təmsilçilərimizin adına isə iyunun 20-dəki püşkatma mərasimində (birinci və ikinci mərhələ üçün) aydınlıq gələcək. Bu yarışda birinci mərhələsinin oyunları iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək.

Avroliqada qrup oyunları isə sentyabrın 20-də başlanacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43