Premyer Liqa

“Qarabağ” qələbə qazandı, “Qəbələ” və “Neftçi” uduzdu – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 4 qarşılaşma baş tutacaq.

"Böyük oyun"dan sonra AFFA İK-in verdiyi cəzalar ucbatından xeyli oyunçusu cəzalı olan "Neftçi" səfərdə "Bakı" ilə qarşılaşacaq. 

"Xəzər Lənkəran" isə çətin "Qəbələ" səfərindən 3 xalla qayıtmağa çalışacaq. Dənizlinin rəhbərliyi altında meydana çıxdığı oyunlarda yenilgi nədi bilməyən Cənub klubunu bu oyunda yalnız 3 xal qazne edə bilər. 

Turun digər matçında "Qarabağ" AZAL-ı, "Sumqayıt" isə "Rəvan"ı qonaq edəcək.

Premyer Liqa, XXI tur

15 fevral (şənbə)

“Bakı” – “Neftçi” 2:0
Qol:
Cavid Hüseynov, 61, 
Alberto Naquera, 86

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Qəbələ” – “Xəzər Lənkəran” 2:3
Qol:
Subotiç, 25, 65 Tounkara 51, Mbilla, 56, 84

Qəbələ şəhər sta"İnter"dionu

16:00. “Sumqayıt” – “Rəvan” 1:1
Qol: 
Rəhman Hacıyev, 24, Miloş Adamoviç, 44

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança

17:00. “Qarabağ” – AZAL 2:1
Qol: 
Leroy Corc, 33, Marinaldo da Silva, 47

Tofiq Bəhramov adına Respublika stadionu

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43