İdman

“Qarabağ” qələbə qazansa da…

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.

İdmanxeber.com-un məlumatına görə, “Kukesi” üzərində qazanılan qələbə ölkəmizin aktivinə xal yazsa da, bu reytinqdə irəliləməyimizə təsir etməyib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 23-cü pillədəyik. Azərbaycanın hesabında 18.125 reytinq xalı var. Onun 1.500 (0.750 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43