Kateqoriyasız

Xarakterin gətirdiyi qələbə!

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizin turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:45-də başlayacaq.

21 oktyabr

Konfrans Liqası

H qrupu, 3-cü tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) – 2:1 

Qol: Kante, 19-pen. (0:1), Ramil Şeydayev, 79 (1:1), Abbas Hüseynov, 90+1 (2:1)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

23:00 Bazel (İsveçrə) – Omoniya (Kipr)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43