Ölkə futbolu

“Qarabağ” qrupa düşsə, qazanacağı məbləğ bəllidi

UEFA Çempionlar Liqasında mübarizə aparan klubların 2017/18 mövsümündəki gəlirlərini açıqlayıb. 

İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qrup mərhələsində itirak edəcək hər bir komanda 12,7 milyon avro qazanacaq. 

Bu mərhələdəki hər qələbəyə görə əlavə 1,5 milyon, heç-heçəyə isə 500 min avro veriləcək.
1/8 finala vəsiqə qazanan klublar daha 6 milyon avro qazanacaq. 1/4 finalın mükafatı 6,5 milyon, yarımfinalın mükafatı isə 7,5 milyon avrodur.
Çempionlar Liqasının qalibi 15,5 milyon avro, finala çıxan komanda isə 11 milyon avro gəlir əldə edəcək.
Mübarizəni pley-off mərhələsində dayandıranlara isə əlavə olaraq 260 min avro veriləcək.

Xatırladaq ki, ÇL-dəki təmsilçimiz “Qarabağ” pley-offun ilk oyununda Danimarka “Kopenhagen”ini 1:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə yüksəlmək üçün yaxşı şans qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43