Avropa Liqasınln qrup mərhələsi çərçivəsində ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda doğma azarkeşləri önündə İspaniya La Liqasının lideri, bu turnirin əsas favoritlərindən biri “Sevilya”nı qonaq edib.
Respublika stadionunda keçirilən qarşılaşmada ilk hissədə hesab açılmayıb. İkinci yarıya daha basqılı başlayan Əndəlüs klubu 3 dəfə Ağdam təmsilçisinin torunu silkələyib.
19 sentyabr
Avropa Liqası
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) – 0:3
Qollar: Çiçarito, 62, Munir, 78, Torres, 85
Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.