Kateqoriyasız

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qolunu vurdu

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qolunu vurub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu topa Rahil Məmmədov imza atıb. O, Premyer Liqanın 14 turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açmaqla buna nail olub.

2008-ci ilin yayından Ağdam klubunu çalışdıran 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.

Qeyd edək ki, “Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola Artim Şakiri imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bu oyunda daha artığına layiq idik” – Yurçeviç

admin

UEFA “Dinamo”nu cəzalandırdı: “Qəbələ” ilə oyundakı irqçiliyə görə

admin

“Neftçi” və “Qarabağ”dan şərikli rekord

admin