Ölkə futbolu

“Qarabağ” rəhbərliyi və futbolçular uşaq sığınacağını ziyarət etdi – Şəkillər

Bu gün “Qarabağ” FK və “Sirab” ASC birlikdə Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının qonağı olublar.

İdmanxeber.az klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular – Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.

E.Çelikel uşaqlara sevinc yaşatmaq və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan tədbirlərin vacibliyindən söz açıb. Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43