08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” rəsmisi açıqladı: Lunyova təklif var?

“Qarabağ”ın rəsmisi Asif Əsgərov Andrey Lunevin “Rubin”ə keçə bilmə ehtimalını şərh edib

İdmanxeber.az-ın məlumatına görə, Rusiya mətbuatına danışan klub rəsmisi iddialarla bağlı bunları deyib:

“Rubin” Lunyovla bağlı bizimlə əlaqə saxlamayıb. Andrey bizim qapıçımızdır. Biz onu buraxmaq fikrində deyilik”.

Lunyov 2023-cü ilin avqustundan “Qarabağ”da çıxış edir. Qapıçı komandanın heyətində bütün turnirlərdə 15 oyun keçirib, 14 qol buraxıb və 7 dəfə qapısını təmiz saxlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43