16 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” rəsmisi “Tərəqqi” medalına layiq görüldü

“Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov “Tərəqqi” medalına layiq görülüb.

İdmanxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında imzaladığı Sərəncamla “Tərəqqi” medalı alanlar sırasında A.Əsgərov da var.

O, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43