Kateqoriyasız

“Qarabağ” rəhbərliyindən təqdirəlayiq hal: Ağdam klubundan fanatlara sürpriz

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” matçında anşlaq olacaq.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, satışa çıxarılan biletlərin 23 mini satılıb. 

Bundan əlavə Ağdam klubu 15 min “Qarabağ” bayrağını azarkeşlərə paylayacaq. Tribunalarda daha da gözəl mənzərə yaratmaq istəyən “Qarabağ” rəhbərliyi bundan əlavə onlara müraciət edən fan-klubların heç birinə “yox” deməyərək, hamısını biletlə təmin edib.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43