20 Oktyabr 2021
Kateqoriyasız

“Qarabağ” rekordu təkrarladı

“Qarabağ” Azərbaycan kubokunda 90-cı qələbəsini qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu yubiley 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Qurban Qurbanovun yetirmələri ev matçında “Keşlə”ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan ağdamlılar 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.

“Qarabağ” Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox – 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində iki pillə irəliləyə bilər – “Qarabağ” udsa

admin

“Qarabağ” sloveniyalılara, “Neftçi” fransızlara tapşırıldı

admin

“Düdelanj” – “Qarabağ”: faktlar

admin