25 Fevral 2021
Kateqoriyasız

“Qarabağ” rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda növbəti səfər heç-heçəsinə imza atıb.

“Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun komandasının rəqib meydanındakı 6-cı sülhü olub. Bu, klub tarixinin rekordunun təkrarıdır. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Dmitri Nazarov Almaniya klubu ilə müqavilə bağlayır – Klub sahibi açıqladı

admin

“Neftçi”də çempionluq üçün çalışdıq, heç nə alınmadı” – Bordin

admin

“Qarabağ”ın Türkiyədə oynamasına icazə verilə bilər” – Elxan Məmmədov

admin