Ölkə futbolu

“Qarabağ” Rəşad Sadıqovsuz…

Premyer Liqanın lideri "Qarabağ" növbəti tur çərçivəsində qarşılaşacağı "Bakı" ilə oyun üçün bu gün hazırlıqlara başlayır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iki günlük istirahətin ardından Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "zolaqlılar"la oyun üçün ilk məşqini keçirəcək.

Ağdam klubunun heyətində hər hansı bir zədəli futbolçu yoxdur. Paytaxt klubu ilə matçda komandanın kapitanı Rəşad Sadıqov cəza səbəbindən komandasına kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43