Ölkə futbolu

“Qarabağ” rəsmisi Leroyla bağlı son duruma aydınlıq gətirdi, derbidən danışdı: “Durub “İnter”lə oyuna fikirləşmək heç nə verməyəcək”

Həftəsonu "Neftçi" ilə derbi matça çıxacaq "Qarabağ"da hər hansı bir cəzalı futbolçu yoxdu. 

Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Ağdam klubunun rəsmisi Corc Leroyun hələ də həkim nəarətində olduğunu bildirib:

"Leroy hələ də həkim nəzarətindədi. Onun "Neftçi" ilə oynayıb-oynamayacağı dəqiq bilinmir".

İbrahimov daha sonra qarşıdakı oyunla bağlı düşüncələrini bölüşüb:

"Qarşıdan gələn "Neftçi" ilə derbi oyununa ciddi hazırlaşırıq. Bu oyuna çempionluq maçı kimi deyil sıradan çempionat oyunu kimi baxırıq. Çünki, istənilən qələbəyə 3 xal verirlər. Durub "İnter"lə oyuna fikirləşmək heç nə verməyəcək. Unutmayaq ki, "Neftçi"ylə oyun derbidir. "Neftçi" kuboku düşünsə də meydana mütləq qələbə üçün çıxacaq, əmin ola bilərsiz. Həm də derbidə favorit olmur. Ona görə də azarkeşləri maraqlı futbol şousu gözləyir".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43