Kateqoriyasız

“Qarabağ” Respublika stadionundan imtina etdi

Tofiq Bəhrəmov adına Respublika stadionunun qazanonun yaxşı vəziyyətdə olmaması “Qarabağ”ın planlarını pozub.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə “Yanq Boyz”la qarşılaşacaq Ağdam təmsilçisi sabah saat 19.15-də başlayacaq son məşqi Suraxanı qəsəbəsindəki bazada keçirəcək. “Qarabağ” ot örtüyünün daha da pisləşməməsi üçün bu addımı atıb.

Qeyd edək ki, “Yanq Boyz” oyun öncəsi son məşqini mərkəzi arenada keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43