Kateqoriyasız

“Qarabağ” Reynaldonu göndərir?

“Qarabağ” böyük ümidlərlə komandaya yenidən qaytardığı Reynaldo ilə yollarını ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, “sambaçı”nın hazırkı durumu Ağdam klubunu qane etmir. Bu baxımdan da, onun komandadan ayrılacağı gözlənilir.

Xatırladaq ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə də Ağdam klubunda çıxış edib. Ötən ilin fevralından “Aktobe”də oynayan 29 yaşlı futbolçu dekabrda “Qarabağ”a qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43