İdman

“Qarabağ” Reynaldonu göndərir (ÖZƏL)

Reynaldo “Qarabağ”dan göndərilə bilər.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov braziliyalı forvardın çıxışından narazıdı. Məhz buna görə də, “Qarabağ” yeni hücumçu axtarışına çıxıb. 

“Qarabağ” Reynaldonu ən pis halda icarəyə verməyi düşünür. Əgər “köhlən atlar” qışda istədiyi hücumçunu tapsa o zaman Reynaldonu başqa komandada görə bilərik.

Qeyd edək ki, hücumçunun “Qarabağ”la 2018-ci ilə kimi müqaviləsi var.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43