Ölkə futbolu

“Qarabağ”ın Rumınıya klubu ilə oyunu ləğv olundu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxmalı idi.

İdmanxeber.az xəbər verir ki,  Ağdam təmsilçisi 2019-cu ildəki ilk sınağında Rumıniyanın  “Botoşani”  klubu ilə qarşılaşmalı idi. Ancaq Antalyada bir neçə gündür davam edən güclü yağışa görə, bölgədəki digər matçlar kimi, bu qarşılaşma da ləğv olunub.

Qeyd edək ki, “Qarabağ” növbəti matçını yanvarın 16-da Macarıstanın “Uypeşt” klubuna qarşı keçirəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43