Kateqoriyasız

“Qarabağ” səfərdə də dəstəksiz qalmayacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin II mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” səfərdə “Dudelanj”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Lüksemburqun “Jozi Bartel” stadionunda keçiriləcək görüşdə təmsilçimiz dəstəksiz qalmayacaq. Belə ki, azı 300 nəfərə yaxın azarkeşin Ağdam klubunu stadiondan dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, matç saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43