Kateqoriyasız

“Qarabağ” sabah gedir

Avropa Liqasının qrup mərhələsində “Monako”nun qonağı olacaq “Qarabağ” sabah Monakoya yola düşəcək.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Bakı-Nitsa reysi ilə hərəkət edəcək.

Nitsa şəhərindən Monakoya yollanacaq “Qarabağ” ölkəni tərk etməzdən öncə Bakıda son məşqini keçirəcək. Uçuş saat 18:00-a nəzərdə tutulub. 

Qeyd edək ki, oktyabrın 22-də “Stad Lui II” stadionunda keçiriləcək “Monako” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43