Ölkə futbolu

“Qarabağ” qalib gəldi, “Kəpəz” uduzdu

Misli Premyer Liqasının XX turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda lider “Qarabağ” 7-ci sırada yer alan “Şamaxı”nı qəbul edib. Qarşılaşma ev sahibi komandanın qələbəsi ilə başa çatıb – 3:1.

Günün digər oyunu isə “ASCO Arena”da baş tutub. Sonuncu pillədəki “Səbail” evdə “Kəpəz”i məğlub edib – 1:0.

Misli Premyer Liqası

XX tur

31 yanvar (çərşənbə axşamı)

16:00. “Qarabağ” – “Şamaxı” 3:1

Qollar: Musa Qurbanlı, 22 (1:0), Qara Qarayev, 47 (2:0), Leandro Andrade, 63 (3:0), Bahadur Həziyev, 80 (3:1)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”.

18:30. “Səbail” – “Kəpəz” 1:0
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43