Ölkə futbolu

“Qarabağ” – “Samtredia”: – BİLETLƏR SATIŞDA

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Samtredia” (Gürcüstan) qarşılaşmasının biletləri satışa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçı iyulun 11-i saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN

11-13, 29, 38 və 14-18 nömrəli sektorlar – 5AZN

VİP – 30 AZN


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43