Ölkə futbolu

“Qarabağ” – “Samtredia” matçına nə qədər bilet satılıb?

Çempionlar Liqasının ikinci tərnifat mərhələsinin “Qarabağ” – “Samtredia” oyununa bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, son iki gündə matça 9 minədək bilet satılıb. Matça biletləri Tofiq Bəhramov adına Respublika stadioununun kassalarından əldə etmək mümkündür.

Xatırladaq ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43