Ölkə futbolu

“Qarabağ” “Şerif”ə uduzdu (YENİLƏNİB)

“Qarabağ” Avroliqanın pley-off mərhələsinin ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, bu gün Avroliqanın pley-off mərhələsinin ilk oyununda “Qarabağ”  səfərdə “Şerif” komandasının qonağı olub. Matçın taleyinə bir qolla aydınlıq gəlib. Ev sahibi komanda qarşılaşmanın 8-ci dəqiqəsində vurduğu qolla matçdan 1-0 hesabı ilə qalib ayrılıb.

Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif” komandası ilə üz-üzə gəlmişdi. Bakıda qolsuz heç-heçədən sonra “Köhləna atlar” səfərdə 1-2 hesabı ilə qalib gələrək rəqibini turnirdən kənarlaşdırmışdı.

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)  1:0 

Qol: Rifet Kapiç, 8
Hakimlər:
 Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)

Tiraspol, “Şerif” İK stadionu

“Şerif”: 33. Sergey Paşçenko, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Ziqi Badibanqa, 55. Mateo Suşiç (k), 77. Yuri Kendış, 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk

Ehtiyat oyunçular: 21. Çebotar, 4. Raku, 7. Rodriqes, 14. Balima, 19. Paliç, 35. Kulişiç, 45. Kamara

“Qarabağ“: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev,  8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

Ehtiyat oyunçular:  12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43