Ölkə futbolu

“Qarabağ” – “Şerif” – Biletlər satışa çıxarılır

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasının biletləri satışa çıxır.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər sabah – iyulun 21-i saat 12:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı iyulun 25-i saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN

11 və 18 nömrəli sektorlar – 3 AZN

12,13, 29, 38 və 14-17 nömrəli sektorlar – 5AZN

VİP – 50 AZN


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43