Kateqoriyasız

“Qarabağ” – “Şerif” matçına nə qədər bilet satılıb?

“Qarabağ” – “Şerif” matçına bilet satışları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, avqustun 30-da “Qarabağ” Avroliqanın pley-off mərhələsinin cavab oyununda “Şerif” komandasını qəbul edəcək. Klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda oyuna satılmış bilet sayısı 5 mindir. Qarşıdakı günlərdə bu rəqəmin daha da artacağı gözlənilir.
“Şerif”lə oynanacaq matçın öncəsində “Qarabağ”ın heyətində ciddi itkilər var. Saytımıza verilən məlumata görə, Kintana ilə yanaşı “Neftçi” ilə oyunun hazırlıqlarında zədələnən Miçelin də heyətdə olmayacağı dəqiqləşib. “Şerif”lə ilk oyunun hazırlıqlarında zədə alan Hannes Halldorssonun oynaması isə hələ də sual altındadır. Tək sevindirici xəbər Zubirdən gəlib. Mərakeş əsilli futbolçu zədəsini tamamlayaraq komanda ilə birgə məşqlərə başlayıb.

“Qarabağ” – “Şerif” matçı avqustun 30-u Tofiq Bəhramov stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43