Kateqoriyasız

“Qarabağ” : “Şerif” matçının biletləri satışda

Cavab oyunu üçün biletlər satışa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ımızın qarşılaşacağı “Şerif”lə matçın biletləri artıq satışa çıxarılıb. Biletlərin yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı avqustun 30-u saat 21:00-da start götürəcək.

 

Şatış məntəqələri: 

1. Qarabağ FK Fan-şop (Park Bulvar)

2. Tofiq Bəhramov adına Respublika stadionun kassalarında

3. 28 Mall

4. İticket.az (onlayn)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43