Kateqoriyasız

“Qarabağ” – “Şerif”: son məşqlərin vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 18:30-da isə onun rəhbərlik etdiyi komanda “Azersun Arena”da oyunöncəsi son məşqə çıxacaq.

Saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”in baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçiriləcək.

Saat 19:30-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43