19 Oktyabr 2019
Kateqoriyasız

“Qarabağ” – “Sevilya” matçına doğru: Satışa çıxarılan biletlər tükənir

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, dünənə qədər artıq 20 mindən çox bilet satılıb. Satışa 30 min bilet çıxarılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.


Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.

Oxşar xəbərlər

“Qarabağ”ın futbolçusu turun ən yaxşısı seçildi

admin

Daha bir futbolçu “Qarabağ”dan gedir

admin

“Neftçi” möhtəşəm qələbə ilə üçüncü mərhələdə

admin