Kateqoriyasız

“Qarabağ” – “Sevilya” oyununu izləmək istəyənlərin nəzərinə

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda  “Sevilya” ilə ev oyunu üçün biletlər sabahdan satışa çıxarılacaq.

İdmanxeber.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi “Feysbuk” səhifəsi yazıb. Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik, məlumat verilməyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43