Kateqoriyasız

“Qarabağ” – “Sileks”: hakimlər açıqlandı

Çempionlar Liqasının I təsinfat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” matçının hakimləri açıqlanıb.

Qarşılaşmanı ukraynalı ədalət təmsilçiləri idarə edəcək. Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdulla icra edəcək.

Avqustun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti 20:00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43