Kateqoriyasız

“Qarabağ” – “Sileks”: mətbuat konfransı və məşqlərin vaxtı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Bu gün saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 18:30-da Ağdam təmsilçisi “Azersun Arena”da oyun öncəsi son məşqə çıxacaq.

Saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Sileks”in baş məşqçisi Qoran Simovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Qeyd 1: Mətbuat konfransında iştirak edəcək media mənsublarından tibbi maskadan istifadə etmələri və qeyd olunmuş yerlərdə oturmaları xahiş olunur.

Qeyd 2: Mətbuat konfranslarına yalnız akkreditasiya müraciətində mətbuat konfansında iştirak etmək istədiyini qeyd edənlər buraxılacaq.

Qeyd 3: Təsdiq cavabı almış media mənsubları sabah 13:00-14:00 arası akkreditasiyalarını Respublika stadionundan əldə edə bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43