25 Yanvar 2021
Kateqoriyasız

“Qarabağ” “Sivasspor”a məğlub oldu- Yenilənib

Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” İstanbulda “Sivasspor”u qəbul edib. İlk üç qarşılaşmada uduzan Ağdam klubu 1/16 final şansını saxlamaq üçün qalib gəlməli idi. Ancaq təmsilçimiz iki dəfə hesabda önə çıxsa da, sonra məğlubiyyətlə üzləşməli olub – 2:3.

Qrupun digər oyununda “Makkabi” (Tel-Əviv) “Vilyarreal”ı qəbul edib. Matçda qalib müəyyənləşməyib.

Bu nəticələrdən sonra 4 matçda xal qazana bilməyən “Qarabağ” növbəti mərhələ şansını itirib.

Avropa Liqası
Qrup mərhələsi

IV tur

21:55. “Qarabağ” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) – 2:3
Qollar: Abdullah Zubir, 8, Uroş Matiç, 51 – Aruna Kone, 40 (pen.), 79, Kayode, 59

Baş hakim: Yakob Kehlet (Danimarka)
İstanbul. “Başakşəhər” Fatih Terim Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Futbolçu tayfası çox şorgözdür” – Kəmalə İsmayılova

admin

“Zirə” Rumıniya klubuna qalib gəldi

admin

“Neftçi” başladı

admin