Ölkə futbolu

“Qarabağ” “Şkenderbeu” ilə qarşılaşacaq

“Qarabağ”ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. 

İdmanxeber.com-un məlumatına görə, komanda Albaniyanın ən titullu komandalarından olan son çempion “Şkenderbeu” ilə qarşılaşacaq. 

Bu görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək. 

Xatırladaq ki, ağdamlılar ilk yoxlama oyununu sabah yerli “Wacker İnsbruck”a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu “Zenit”ə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43