Ölkə futbolu

“Qarabağ” Slavçevlə müqavilə şərtlərini açıqladı

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” beşinci transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlıumatına görə, Ağdam təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan Bolqarıstan yığmasının üzvü Simeon Slavçevi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalayıb. Slavçev artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə  ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43