Ölkə futbolu

“Qarabağ” sloveniyalı qapıçı ilə maraqlanır

Sloveniyanın “Maribor” klubunun qapıçısı Ajbe Yuqla laryerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Nogomania nəşri məlumat yayıb. Bildirilir ki, Ağdam təmsilçisi ilə yanaşı, MLS liqasında çıxış edən bəzi klublar da oyunçunun xidmətində maraqlıdır.

31 yaşlı qolkiperin hələlik yeni klubunun adının bəlli olmadığı və “Maribor”un ən uyğun təklifi dəyərləndirəcəyi yazılıb.

Nüfuzlu “transfermarkt” saytında Yuqlanın qiyməti 300 min avro olduğu göstərilir. Onun klubu ilə 2024-cü ilə qədər müqaviləsi var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43