28 Yanvar 2023
Kateqoriyasız

“Qarabağ” sloveniyalılara, “Neftçi” fransızlara tapşırıldı

“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb.

Avqustun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) görüşünü Sloveniyadan olan hakimlər idarə edəcək. Matçı Rade Obrenoviç idarə edəcək. Ona yan xətdə Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcək. Dördüncü hakim Asmir Saqrkoviç olacaq.

Eyni gündə “Bakcell Arena”da keçiriləcək “Neftçi” “Makkabi” (Hayfa, İsrail) oyununu isə fransalı Delayod Uilli idarə edəcək. Onun köməkçiləri Mehdi Rahmouni və Edvin Kristof Finyean olacaq. Tomas Leonard isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”ın oyunu saat 20:00, “Neftçi”nin matçı isə saat 21:00-da başlayacaq. Cavab oyunları avqustun 26-da olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Millimizin Ukrayna ilə oyununun yeri dəyişdirildi

admin

“Fənərbaxça”dan çətin qələbə – Video

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin