Kateqoriyasız

“Qarabağ” şok itki: İkisi dəqiq, digərləri qeyri-dəqiq

“Dandolk”la oyunda zədələnərək əvəzlənən Filip Ozobiçin durumu ciddidi.

İdmanxeber.az-a klubdan verilən məlumata görə, xorvatiyalı futbolçu əməliyyat olunacaq. Müayinədən keçən yarımmüdafiəçidə dizətrafı sümüyündə qırıq aşkarlanıb. 28 yaşlı futbolçu bu səbəbdən əməliyyat olunacaq. Onun uzun müddət komandaya kömək etməyəcəyi gözlənilir.

Bundan başqa Bədavi Hüseynovun da durumu yaxşı deyil. Hər iki futbolçu APOEL-lə ilk görüşü buraxmalı olacaq.

Yeganə sevindirici məqam Miçel və Maksim Medvedevin zədəsinin ciddi olmmasıdı.

APOEL – “Qarabağ” matçı avqustun 6-da, Nikosiya şəhərindəki GSP stadionunda keçiriləcək.Cütün cavab qarşılaşması avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43