Kateqoriyasız Ölkə futbolu

“Qarabağ” ŞOK İTKİ: Qolu sındı, “Gent”lə oyunları buraxacaq

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb. Məşq zamanı zədə alan qolkiper əməliyyat olunacaq və azı 2 ay yaşıl meydanlardan kənar qalacaq.

29 yaşlı qapıçı UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43