Ölkə futbolu

“Qarabağ” şokda: daha bir aparıcı futbolçu sıradan çıxdı – ÖZƏL + FOTO

“Qəbələ” üzərində qələbə “Qarabağ”a baha başa gəlib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı üzvlərindən biri Riçard Almeyda zədələnib. 

“Köhlən atlar”ın braziliyalı futbolçusu zədə səbəbindən hətta matçdan sonra keçirilən yüngül məşqi kənardan izləyib.

Qeyd edək ki, “Qarabağ”da Dias və Çumbinyo zədəli olduqlarından komandaya kömək edə bilmirlər.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43